تبليغاتX
Azerbaycan news - Abbasəli Həsənov İrandan üzr istədi

 

Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənov Mediaforum saytıla müsahibəsində İran barəsində dedigi mənfi sözlərə görə üzr istəyib.

Məlumatlı mənbədən aldığımız  xəbərə görə  Abbasəli Həsənov  iranlı  rəsmilərin onun son sözləri barədə  izahat tələb etməsi  cavabında deyib ki , o sözləri  yalnız  Azərbaycan mətbuatını qane etmək üçün dilə gətirib.

Abbasəli Həsənov onun mətbuata dedigi sözlərinin rəsmi xarakter daşımadığını  və rəsmi Bakının İran siyasətinin tərkib hissəsi olmadığını da vurğulayıb.

Abbasəli Həsənov İran rəsmilərindən onun vəziyətini başa düşməyi  xahiş edib.

Qeyd etmək lazimdir ki , Abbasəli Həsənov Mediaforum saytına verdigi müsahibədə İran İslam Respublikasına qarşı  bir  sıra yersiz ittihamlar səsləndirmişdi.

 

+ Wed 1 Jul 2009 7:0 PM |