تبليغاتX
Azerbaycan news - İranın Azərbaycandakı səfiri Peresin səfərinə etiraz olaraq Bakını tərk edib

 

Şimon peresin Bakıda qəbul olunmasına eturaz əlaməti olaraq İran səfiri Bakını tərk edib.

 

Bəşəriyyət əleyhinə cinayət törətmiş və hərbi cinayətlərdə bilavasitə iştirakı olmuş sionist rejim başçısı Şimon peresin Bakıda qəbul olunmasına eturaz əlaməti  olaraq İran səfiri Bakını tərk edib.

Məlumatlı  mənbədən  aldığımız bir xəbərə əsasən Muhəmmədbağır Bəhrami  Şimon Peresin Bakıya dəvət olunmasından narazi qalan müsəlman Azərbaycan Respublikası xalqı ilə həmrəylik bildirərək  bu təşəbbüsü irəli sürüb.

Mənbədən aldığımız digər bir  xəbərə əsasən Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənovun Tehrandan xaric edilməsi də ehtimal olunur.

Həmçinin Ərdəbil Ostanından aldığımız məlumatda deyilir ki , Rəsmi Bakının sionistpərəst addımına etiraz edən  bir vətəndaş təşəbbüsü gurupu Azərbaycan Respublikası – İran sərhədində yerləşən Biləsuvar keçid məntəsindən  İran vasitəsilə Naxçıvana gedən yolun bağlanması   təşəbbüsünü ortalıqa atıb.  

 

 

*****

MEDIAFORUM

SAHAR TV

 

+ Mon 29 Jun 2009 1:11 PM |