Abbasəli Həsənovun yerini kim tutacaq?

"Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov yaxın aylarda vəzifəsini itirəcək. Bu artıq ən yüksək səviyyələrdə razılışdırılıb". Bu barədə məlumatı xeberdar.info-ya etibarlı mənbələr verib. məlumata görə, Həsənovun yerinə kimin göndəriləcəyi ilə bağlı artıq bəzi mülahizələr də ortaya çıxır.
Bəziləri, İrandakı yeni səfirin sabiq Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşovun, bəziləri isə XİN Konsulluq İdarəsinin savadlı kadrlarından birinin göndəriləcəyi versiyasını səsləndirirlər. Mənbə bildirir ki, güman ki, səfir göndərilən şəxsin şəxsi və siyasi göstəriciləri nəzərə alınacaq, onun İranda səfir olmaq savadı, dil bilməsi yoxlanılacaq.
Beləlikə, İranda səfir olan Abbasəli Həsənovun başının biznesə qarışması, dəfələrlə mövqesizlik göstərməsi, öz ölkəsini müdafiə edə bilməməsi onun vəzifədən uzaqlaşması ilə nəticələnəcək. //xeberdar.info