تبليغاتX
Azerbaycan news - ““Məscid” və “qanunsuz” ibarələrinin yanaşı işlədilməsi sağlam zəkaya ziddir”
“Məscidlərlə belə davranmaq – millətin mental dəyərlər kodunu pozmaq deməkdir...”

DEVAMM “İlahiyyat” məscidinin qapadıması cəhdini qətiyyətlə pisləyən bəyanat qəbul etmişdir

Azərbaycan paytaxtında növbəti məscid qapadılır. Qəribə də olsa, illərdir fəaliyyət göstərən bu məscid də qanunsuz tikilən adlandırılıb. “İlahiyyat məscidi” kimi tanınan məscidin yetkililərinin təsdiqlədiyi məlumata görə, BDU rektorunun polisə şikayəti əsasında onlara məscidi tez bir zamanda bağlamaq tapşırığı verilib.

DEVAMM – Dini Etiqad və vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bu acınacaqlı faktla bağlı bəyanat yaymışdır. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda, o cümlədən, bildirilir: “Paytaxtımızda növbəti məscidofobiya faktı yer alıb. İndi də “İlahiyyat” məscidi “qanunsuz” elan edilib və qapadılmasına dair xəbərlər verilir. Bu hərəkətə qol qoyanlar ümumiyyətlə fərqinə varırlarmı, “məscid” və “qanunsuz” ibarələrinin yanaşı işlədilməsi sağlam zəkaya, məntiqə, mənəvi dəyərlərə nə dərəcədə ziddir? Biz DEVAMM olaraq bu xəbəri böyük sarsıntı ilə qarşıladıq və bu cəhdi qətiyyətlə pisləyirik. Məscidlər – bir mənəviyyat mərkəzləri, insanlara əbədi dəyərlərə məhəbbəti aşılayan bir məkanlardır. Məscidlərlə belə davranmaq – millətin mental dəyərlər kodunu pozmaq deməkdir. Məscidləri “qanunsuz tikili” adlandırılan millətin gələcəyi necə olacaqdır? Belə toplumda vətənpərvərlik, şücaət, fədakarlıq, xeyirxahlıq, alicənabliq, övlada və valideynə məhəbbət kimi dəyərlərin mövcudiyyəti belə sual altındadır”.

Bəyanatda Bakının “İslam mədəniyyətinin paytaxtı” elan edilən bir ildə İslamın başlıca simvolları olan məscidlərlə belə rəftar etməyin absurdluğuna diqqət çəkilir: “Sanki, kimlərsə bilərəkdən, ya bilməyərəkdən bütün enerjilərini Azərbaycanın İslam aləmində nüfuzunun aşağılanmasına sərf etməkdədir. Mənəvi, əxlaqi rəzilliyin toplumda baş alıb getdiyi, boşanmaların, intiharların adi statiskaya çevrildiyi bir şəraitdə mənəvi dəyərlərin, inanc mövzularının maarifçılıyinin genişləndirilməsi əvəzinə, bunun tam əksini görürük”.

Bəyanatda məscidlərlə bu cür davranışın qətiyyən yolverilməzliyi vurğulandıqdan sonra, əlaqədar qurumlara “İlahiyyat” məscidi ətrafında vəziyyətin təcili olaraq normallaşdırılması, məscidin heç bir vəchlə qapadılmaması barədə çağırış edilir: “Əgər iddia edilirsə ki, məscidin hansısa sənədləri qaydasında deyil, məscid fəaliyyətini davam edə-edə bu sənədləri asanlqla səhmana salmaq olar. Biz bir daha məscidlə bu cür rəftarın yolverilməzliyinə diqqət çəkərək, məscidin fəaliyyətinin davam etdirilməsini təmin edilməsi barədə çağırış edirik.deyerler.org
+ Wed 20 May 2009 5:4 PM |