
Sionist İsrail rejiminin xüsusi xidmət orqanı Mossadın öz təxribatçı fəaliyyətlərini artırması siyasi və təhlükəsizlik üzrə müşahidəçilərin diqqətini həmin xəfiyyə orqanının fəaliyyətlərinə yönəldib. Ötən aylar ərzində hətta iş o yerə çatıb ki, Bakı mətbuatı Az. R. prezidenti İlham Əliyevin xarici səfərlərində təhlükəsizlik və informasiya məsuliyyətinin Mossada tapşırıldığını yazır. Maraqlıdır ki, Az. R-nın prezident aparatı bu məlumatı təkzib etməyə lüzum görmür . Ancaq bunlar cinayətkar xəfiyyə oarqanının Az. R. ilə bağlı fəaliyyətlərinin aşkar qatıdır. Məxfilikdə fəaliyyət göstərən Mossad Az. R-da öz təxribatçılıqlarını ayrı-ayrı adlar altında keçirir və imkan daxilində özündən heç bir iz qoymaq istəmir . Ancaq hadisələri bir-birinin kənarında qoyanda və qəsbkar İsrail rejiminin Az. R-dəkı mənafelərinin təmin olunması ilə bağlı olaylardan başa düşmək olur ki, Mossadın bu R-da ziyanlı və qərəzli fəaliyyətləri heç də az deyil. Yadınızdadırsa ötən il Bakıda Səid dəstəsinin çevriliş planı adlı macəra ortya atıldı və həmin məsələ də Az. R-nın milli təhlükəsizlik naziri əsas rolu üzərinə götürmüşdü . Nazirlik zahirən Səid dəstəsinin üzvlərini müəyyənləşdirib yaxalamışdı. Bu gülünc, amma dağıdıcı siyasi - təhlükəsizlik oyununun davamına Az. R-nın telekanalları o cümlədən Lider , ATV və ANS təhlükəsizlik nazirliklərinə yaxın olduqları üçün xüsusi iş rejiminə keçərək Səid dəstəsinin fəaliyyəti barədə geniş təbliğat apardılar və ictimai diqqəti çaşdırmaq üçün İran İslam İnqilabı Pasdarlar Korpusunun əleyhinə şantaja başladılar . Bu siyasi fırıldaq Bakıda elə bir şəraitdə baş verirdi ki, Sionist rejim və Amerika dünya səviyyəsində pasdarlar korpusunu qaralamağa cəhd göstərib, ona qarşı qara piyar usulundan istifadə edirlər . Amerika və Sionist rejimin bu planı iflasa uğradıqda Bakda Səid dəstəsi macərası arxivə göndərildi . Lakin Mossadın Az. R gənclərinin dini etiqadına zərbə vurmaq cəhdləri sonralar sionistlər və vəhhabilərin sıx əməkdaşlığı ilə davam etdi. Sionist rejimin Mossad təşkilatına qulluq edən xidmət orqanları və qruplaşmalarına fəaliyyətləri sırasında İİR əleyhinə etnik təşviqatı da xüsusi yer tutur. Az. R-da Mossad təşkilatına işləyən agentlərin təxribatçılığı və bu mövzuda həmişə çeviklik göstərib və Mossadın İran əleyhinə bəzi çirkin hərəkətlərindən fərqli olaraq etnik məsələsini qızışdırma hər zaman gündəmdə olub. Üzdən iraq milli fəallar , vahid Azərbaycan uydurmasının tərəfdarları və anti-İran separatçılarının fəaliyyətləri bir qayda olaraq Sionist rejimin himayə çətiri altındadır. Bu qruplar üçün Dak , Qamoc , Camah , Bab və sairə adlar seçilib ki, hər birinin Bakıda ofisi fəaliyyət göstərir. Onlar İİR əleyhinə şayiələri qızışdırmaqda canfəşanlıq göstərirlər. Bu anti-İran fəaliyyətləri üçün zahirən qanuni bazanı isə Az. R. dövlətində bir komitə öhdəsinə götürüb. Həmin komitə son zamanlaradək xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsi adlandırıldı və bu günlər prezident İlham Əliyevin fərmanı ilə diaspora işləri komitəsinə çevrilib . Hakimiyyətdə varlı naxçıvanlılardan sayılan Nazim İbrahimov bu quruma başçılıq edərək, Sionist rejimin Bakıdakı səfirliyi , İsrail nümayəndələri və Mossad-la sıx əlaqədədir . Nazim İbrahimovla yanaşı onun qardaşı və ATV kanalının rəhbəri Tağı İbrahimov da Bakıda Sionist rejimin etibar elədiyi ünsürlər sırasındadır . Onlar siyasi və təhlükəsizlik fəaliyyətləri ilə yanaşı Az. R-da xalqın mədəniyyətini dağıtmaqda və ATV kanalı vasitəsi ilə çılpaqlığı təbliğ etməkdə mühüm rol oynayırlar. Sionist rejimə qulluq edən ünsürlər Bakıda öz fəaliyyətlərini xalq mədəniyyətini korlamaqla məhdudlaşdırmayıblar . Sionist Mossad təşkilatı son illər Milli Elmlər Akademiyasına da rişə salıb və sionist agentlərin buradakı fəaliyyəti Az. R-nın dövlət büdcəsindən qidalanır. Konkret olaraq Az. R. Milli Elmlər Akademiyasının insan haqları institutu ilə Sionist rejimin şərqşünaslıq ,ədəbiyyat və tarix institutu arasında geniş əlaqələr yaranıb və bu rejim həmin əlaqələrdən faydalanaraq sözü gedən mərkəzlərin fəaliyyətini İran əleyhinə istiqamətləndirir. Son illər İran əleyhinə etnik təşviqatının artması da məhz bu mərkəzin Sionist rejimlə əlaqələrini genişləndirməsi ilə mümkün olub. Mossadın Az. R-dəkı təxribatçı fəaliyyətlərinin bir hissəsi də mətbuat və media məsələlərinə aiddir ki, indiyədək onun müxtəlif dalğalarının şahidi olmuşuq . Sionist rejim öz fəaliyyətinin əvvəlində Az. R-nın televiziya kanallarını və mətbuatını fəallaşdırdı. Sonrakı mərhələdə və Az. R-nın neft gəlirlərinin artması ilə ANS və Lider telekanalları , həmçinin APA və Trend Xəbər Agentliklərinin işğal olunmuş Fələstində nümayəndəlikləri fəaliyyətə başladı. Bu nümayəndəliklərdə fəaliyyət göstərən şəxslər isə Mossadın nəzarəti ilə Sionist rejimi təbliğ etməyə və məzlum Fələstin xalqını pisləməyə hazır olan jurnalistlər arasından seçilmişlər . Ümumilikdə Az. R. xalqının Sionist Rejimin xərçəngvari nüfuzuna zidd olmasına baxmayaraq , bu rejim Az.R-nın dövlət və qeyri hökumət təşkilatlarına nüfuz edib . Bu yaxınlarda Sionist rejimin səfiri Artur Link Gürcüstan böhranına münasibət bildirərkən demişdi ki, Az. R. hökuməti böhranlı şəraitdə Sionist rejimin istəklərini tam şəkildə icraya qoyur.